Xəbər lenti

Arif Hacılının oğlu siyasi sığınacaq alıb? - "Müsavat" başqanı cavab verdi
Siyasət06:12 10.02.2017

Arif Hacılının oğlu siyasi sığınacaq alıb? - "Müsavat" başqanı cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlunun Polşa Respublikasında siyasi sığınacaq alması barədə məlumat yayılıb.

Qaynarinfo.Az xəbər verir ki, yayılmış xəbəri dəqiqləşdirmək üçün olke.az Müsavat Partiyasının başqanı Arif Hacılı ilə əlaqə saxlayıb.

Arif Hacılı bildirib ki, yayılan xəbərlər yalandır.

Müsavat Partiyası başqanının sözlərinə görə, oğlu heç bir yerə getməyib.

Əlavə olaraq Arif Hacılı bildirib ki, oğlu hal-hazırda Bakıdadır.

Qeyd edək ki, veteninfo.az saytında yayılan məlumata əsasən, "Müsavat" başqanının oğlu bir müddət əvvəl Polşanın müvafiq orqanlarına müraciət edib və ona 2016-cı ilin sonlarında siyasi sığınacaq verilib.

Qaynarinfo.Az