Xəbər lenti

Arif Quliyevin ilk işi ayın 18-də bu ünvana getmək olacaq
Sənət07:15 16.05.2020

Arif Quliyevin ilk işi ayın 18-də bu ünvana getmək olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün mənim üçün ikiqat bayramdır”.
Bunu Qaynarinfo-ya xalq artisti Arif Quliyev 70 illik yubileyindən danışarkən deyib. 
Aktyor yubileyinin koronavirus dövrünə düşdüyündən təəssüfləndiyini dedi:
"Bu gün 70 yaşım tamam olub. Özümü çox yaxşı hiss edirəm. Çoxlu təbrik alıram. Millətimə, xalqıma can sağlığı arzulayıram, özlərini qorusunlar, bir-birlərini sevsinlər. Daimi dünyada həyat müvəqqətidir. Çalışın, bu qısa həyatda bir-birinizi sevin, qəlbə dəyməyin”.
Arif Quliyev 65 yaşdan yuxarı olan insanlara qoyulan məhdudiyyətin də aradan qaldırılmasından danışdı:
"Çox sevinirəm, SMS də ləvg olunur. Ayın 18-də evdən çıxanda ilk olaraq "Ümid” uşaq evinə gedəcəm. Mən həmişə oranı yad edirəm”.
Bahar Rüstəmli