Xəbər lenti

Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini Brüsselə dəvət etdi
Siyasət18:22 05.10.2023

Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini Brüsselə dəvət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ay Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.
APA xəbər verir ki, bu barədə Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel "France-Presse”ə açıqlamasında deyib.
O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.
"Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, - Mişel bildirib.