"Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər".
Qaynarinfo xəbər verir ki,bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
"ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Vaşinqtonda görüş zamanı biz sülh müqaviləsinin bağlanması şərtlərini, yəni ilin sonuna qədər belə razılaşmanın olmasını müzakirə etdik. Həmçinin delimitasiya məsələsinin də ilin sonuna qədər baş tutacağını razılaşdırdıq", - deyə o bəyan edib.