Xəbər lenti

"Artıq Ermənistan Türkiyə üçün başağrısı deyil" - Erməni ekspert
Siyasət07:33 13.12.2021

"Artıq Ermənistan Türkiyə üçün başağrısı deyil" - Erməni ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan hakimiyyəti istənilən anti-Türk prosesindən imtina edir”. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq eksperti Suren Sarkisyan öz Facebook səhifəsində yazıb.
"Düşünürəm ki, siz Ermənistan hakimiyyətinin heç bir rəsmi və ya qeyri-rəsmi anti-Türkiyə platformalarına, beynəlxalq alyanslara və digər platformalara qoşulmadığını görmüsünüz. Məhz bu imtinaların nəticəsi idi ki, hakimiyyət Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün vasitəçilər axtarırdı. Bunu danmaq mümkün deyil və bu  bir həqiqətdir. Ancaq daha çox narahatlıq doğruran odur ki, hakimiyyət Türkiyəyə qarşı hər-hansısa yolla mübarizə aparmaq, ya da müqavimət göstərməkdən əl çəkib... Bu, Türkiyəyə qarşı bütün imkanlardan imtina etmək, hansısa məqamda danışıqlar zamanı bütün vasitələrdən məhrum olmaq, birtərəfli güzəştlər sahəsində qalmaq deməkdir". 
Ekspert belə hesab edir ki, Türkiyə hələ də Ermənistana dost olmasa da, artıq Ermənistan Türkiyə üçün başağrısı deyil.
Telman