
Azərbaycanın baş naziri Artur Rasizadənin Gürcüstana səfəri başlayıb.
"Report" xəbər verir ki, mayın 16-da Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyətini Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərin məqsədi Tbilisidə keçiriləcək “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.
Səfər çərçivəsində A.Rasizadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Qaynarinfo.az