Xəbər lenti

Arutunyanın “ordu avantürası”
Siyasət13:50 07.02.2022

Arutunyanın “ordu avantürası”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan separatçıların "Hərbi Şurası”nın 2022-ci ildəki fəaliyyətinə həsr olunmuş iclasında iştirak etmək üçün "Müdafiə Nazirliyi”nə gedib. Qondarma "Müdafiə Ordusu”nun ali komandanlığı qarşısında çıxış edən A.Arutunyan "Müdafiə Ordusu”nun Qarabağın təhlükəsizliyində mühüm rol oynamaqda davam etdiyini bildirib.
A.Arutunyan çxışında deyib: "Biz qlobal hərbi qarşıdurmaları nəzərə alıb etibarlı müdafiə təhlükəsizliyi sisteminə malik olmağımızla yanaşı çox çətin bir dövrdə yaşayırıq. Biz başa düşürük ki, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə paralel olaraq bölgədə lokal sabitliyi təmin etmək üçün müdafiə resurslarımızı da təkmilləşdirməliyik. Əminəm ki, orduda başlanmış islahatlar sizinlə birlikdə uğurla başa çatacaq”.
Qarabağdakı Rusiya sülhməramlılarının 5 ildən sonra taleyi bəlli olmadığı üçün Arutyunyanın "ordu quruculuğu” ilə bağlı açıqlamaları çox təbiidir. Ancaq o orduda kimin xidmət edəcəyi bir az qeyri-müəyyəndir. 
Bilirik ki, Qarabağ əhalisinin sayı deyilənlərə cavab vermir, müharibədən sonra isə Qarabağda ermənilərin sayı daha da azalıb. Belə görünür ki, separatçılar artıq başa düşür ki, Rusiya onların təhlükəsizliyinin sonsuz qarantı deyil və Qarabağ erməni icmasının gələcək təhlükəsizliyinin qorunması üçün daha real konstruktiv mexanizmlər tapmaq lazımdır. Bu təhlükəsiz mexanizmlərin yenidən Ermənistan tərəfindən təmin edilməsi deyil, əksinə, Azərbaycanın dövlət qanunları və konstitusiyasının bazası əsasında qrulmalıdır.
Digr tərəfdən, Qarabağ erməni icması Rusiyanın bu gün qarşılaşdığı ciddi problemlərin olmasını da unutmamalıdır. Biz görürük ki, müxtəlif cəbhələrdə Rusiya artıq Ukraynadan başlayaraq öz mövqelərindən geri çəkilir. Onun başqa başağrısına ehtiyac yoxdur, ona görə də Rusiya Ermənistanın Qarabağ separatçılarını dəstəkləməsi prosesinə müəyyən qədər kənarda qalacaq və nəticədə Ermənistanın separatçı planları alt-üst olacaq.
Əlbəttə, Rusiya sülhməramlılarının hazırda Qarabağda olması hələ ordakı erməni icmasının daimi xöşbəxt və firavan yaşaması demək deyil. Qarabağ erməni icmasının Ermənistanın təsiri altında qalması nəticəsində bölgədə böhran davam edə və dərinləşə bilər. Üstəlik, bilavasitə səbəb və zərurətdən elə bir vəziyyət yarana bilər ki, kənardan müdaxilə olunmuş vəziyyətlə bağlı qabaqlayıcı addımlar üçün Azərbaycanın hərbi müdaxiləsi qaçılmaz olacaq. Bu yaranmış vəziyyətdən isə Qarabağdakı erməni vətəndalarımızın gələcəyi təhlükə qarşısında qalacaq.
Bu baxımdan, Qarabağdakı erməni vətəndaşlarımız bu günkü Ermənistanın imkanlarını və müharibəyə getmək istəyini də lazımınca qiymətləndirməlidir.
Telman Qasımov
Hərbi-siyasi ekspert