Xəbər lenti

Arvadı qaçan kişi danışdı -VİDEO
Ölkə09:32 22.10.2014

Arvadı qaçan kişi danışdı -VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Arvadı qaçan kişi ANS-ə gələcək. 

Qaynar.info xəbər verir ki, Şabran rayonunda baş verən rüsvayçılığın müzakirəsi ANS TV-nin "Adam içində" proqramında bu gün də davam edəcək. 

Bu barədə baş verənləri araşdırmaq üçün sözügedən rayona ezam edilmiş aparıcısı Afət Rahilqızı öz Fecebook səhifəsində yazıb: 

"Əziz jurnalistlər və qonşu kanalın əməkdaşları, evli qadının evli kişiylə qaçmasını dezinformasiya şəklində yayımlamayın! Mən qaçan qızı da danışdırmışam, valideynlərini də. Onu da əlavə edim ki, hətta qaçan qızın həyat yoldaşı mənimlə birgə canlı efirə gəlir! Odur ki, əziz həmkarlarım, saat 16.20-19.00-a qədər ANS-də "Adam İçində" verilişini izləyin ki, məlumatlı olasınız! Əsl həqiqət bu gün üzə çıxacaq!".

Xatırladaq ki, Şabranın Uzunboyad kəndində yaşayan ailəli və 2 uşaq anası olan 21 yaşlı Siyəzən sakini Gülər Məmmədovanın həmin kənddə yaşayan evli kişi - əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayevlə qoşulub qaçdığı xəbərləri yayılıb. Hadisə mediada işıqlandırıldıqdan sonra Gülər Məmmədovanın atası qızının ərindən küsərək ata evinə qayıtdığını və ona şər atıldığını bildirib. 

Qaynar.info