Xəbər lenti

ASA-ya yeni sədr təyin edildi
Ölkə06:08 21.01.2019

ASA-ya yeni sədr təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə yeni sədr təyin edilib. 
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, bununla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib. Qərara görə, Azər Əliyev ASA-nın yeni sədri təyin edilib. O, həm də "Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.
Qeyd edək ki, bu ildən ASA-nın idarə edilməsində dəyişiklik olacaq. Assosiyasiyanın üzvü olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilir.