Xəbər lenti

“Asan İmza” istifadəçilərinin nəzərinə!
Ölkə12:58 15.10.2014

“Asan İmza” istifadəçilərinin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vergilər Nazirliyi “Asan İmza” ilə bağlı məlumat yayıb.

ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən “gücləndirilmiş elektron imza”, o cümlədən də Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzləri tərəfindən təqdim olunan “Asan İmza” (Mobil imza) imza sahibini identikləşdirən elektron imza olmaqla kağız daşıyıcılarındakı əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

Bununla əlaqədar olaraq bildirilib ki, Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla bir şəxs tərəfindən digər şəxsə üçüncü şəxslər qarşısında özünü təmsil etmək üçün verdiyi vəkalət (etibarnamə) digər şəxsə təmsil etdiyi şəxsin adına “Asan İmza”nı əldə etmək hüququnu versə də, onun adından həmin “Asan İmza” ilə əməliyyatları imzalamaq hüququ vermir.

Müvafiq olaraq, hüquqi şəxsin rəhbərinin və ya fiziki şəxsin səlahiyyətli nümayəndəsinin rəhbərə və ya fiziki şəxsə məxsus “Asan İmza”dan həmin hüquqi şəxsin və ya fiziki şəxsin adından əməliyyatların aparılması qanunvericiliyə uyğun deyildir.

Bu səbəbdən də, səlahiyyətli nümayəndə hüquqi şəxsin rəhbərinin və ya fiziki şəxsin adından əməliyyatlar aparmaq üçün özü də “Asan İmza” sertifikatını əldə etməli və elektron xidmətlərdən istifadə zamanı proqram təminatında hüquqi şəxsin rəhbəri və ya fiziki şəxs tərəfindən ona əməliyyatların aparılması üçün müvafiq hüquqlar verilməlidir.

Qaynar.info