Xəbər lenti

“Asan xidmət” siyasiləşir? - GƏNCƏDƏ
Siyasət05:34 30.07.2014

“Asan xidmət” siyasiləşir? - GƏNCƏDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) bu gün əhalinin bütün təbəqələrinin tam etimadını qazanmış azsaylı dövlət qurumlarından biridir.

Amma artıq bu qurumu da siyasiləşdirməyə cəhdlər edilir.

Qaynar.info-nun verdiyi xəbərə görə, ötən gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının yaydığı pres-relizdən bunu aydın sezmək olur. Anlaşılan odur ki, Gəncə “Asan xidmət” Mərkəzində çalışanların böyük qismi YAP-ın yerli təşkilatının üzvləridir.

Ötən gün YAP-ın Gəncə şəhər Təşkilatının Qərargahında Gəncə “Asan xidmət” Mərkəzinin əməkdaşları və könüllüləri ilə keçirilən görüş də dediklərimizi təsdiq edir.

YAP-ın Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev isə daha da qabağa gedərək, Gəncə “Asan xidmət” Mərkəzində  ərazi ilk partiya təşkilatının yaradılacağını bildirib.

Qaynar.info