
Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü, Qarabağ qazisi Asif Yusiflinin kasassiya şikayətinə baxılıb.
Qaynarinfo.az xəbər verir ki, şikayət qismən təmin edilib. A.Yusliflinin cəzası 1 il 6 ay azaldılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2015-ci il tarixli hökmü ilə Asif Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.
Asif Yusifli Qarabağ qazisidir.
Qaynarinfo.az