Xəbər lenti

Asim Mollazadə ABŞ-da AIPAC-ın rəhbərliyi ilə görüşdü
Siyasət06:10 09.10.2014

Asim Mollazadə ABŞ-da AIPAC-ın rəhbərliyi ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AIPAC-in (İctimai əlaqələr üzrə Amerika-İsrail Komitəsi) Kaliforniya ştat rəhbərliyi ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-ABŞ və İsrail münasibətləri, Ermənistanla münaqişənin həlli problemləri müzakirə mövzusu olub.

Qeyd edək ki, Asim Mollazadə oktyabrın 11-də Kaliforniyada San-Dieqo şəhər teatrında (San Diego Civic Theater) dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerasında iştirak edəcək. Sözügedən tamaşa Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə səhnələşdirilib.

Qaynar.info