ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik azərbaycanlı deputatlarla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Qaynar.info xəbər verir ki, bu barədə Ceyms Uorlik "Twitter"də məlumat yayıb: "Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə ilə görüşməkdən şad oldum".
Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıblar.
Qaynar.info