Xəbər lenti

Asim Mollazadə İsrailin beyin mərkəzinin rəhbərləri ilə görüşdü - FOTO
Siyasət06:05 15.02.2014

Asim Mollazadə İsrailin beyin mərkəzinin rəhbərləri ilə görüşdü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazla görüşüb.

Görüşdə İsrail səfirinin müavini Ronen Krausz, İsrailin İxrac və Beynəlxalq Əməkdaşlıq üzrə İnstitutunun sədri cənab Ramzi Gabbay, İnstitutun Beynəlxalq Biznes İşləri üzrə Direktoru xanım Sabine Segal da iştirak edib. Görüş zamanı Azәrbaycan-İsrail münasibətləri, ölkələrimiz arasındakı iqtisadi əlaqələr, Yaxın Şərqdəki vəziyyət, xaricdəki Azərbaycan və İsrail diasporlarının əməkdaşlığı, regionumuzdakı konfliktlər müzakirə olunub.

A.Mollazadə qonaqlara DİP-in fəaliyyəti barədə ətraflı məlumat verib.