
Asim Mollazadə
Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri
Son günlər iddia edilir ki, Azərbaycan İsrail Aviasiya Müdafiə Sistemləri şirkətindən Ermənistanın ordu mövqelərinə hərbi təyyarə ilə güc nümayişi etməsini istəyib.
Azərbaycan Parlamentinin üzvü olaraq müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan və Yəhudi İsrail dövləti arasındakı münasibətlə yaxından tanış olmaq imkanım olub. Deyə bilərəm ki, bu ağlasığmaz münasibət müasir dövr "möcüzəsidir" və bu tip münasibətlər üçün əla modeldir.
Yalan məlumatların hökmranlıq etdiyi bir dövrdə geniş yayılmış iki yalan informasiya Azərbaycan-İsrail əlaqələrini təhlükə altına alır. Ona görə də bu barədə danışmaq, söz-sözbətlərə son qoymaq və bütün dünyaya həqiqətləri çatdırmaq mənim vəzifəmdir.
İki iddiada bildirilir ki, Azərbaycan İsrail Aviasiya Müdafiə Sistemləri şirkətindən erməni mövqelərinə qarşı hərbi təyyarə ilə güc nümayişi etməsini istəyib. AMS isə "Ma’ariv" qəzetində dərc edilən bu xəbəri təkzib edib. Şirkət "Jerusalem Post"a məlumatın yanlış olduğunu və hansısa güc nümayişinin edilmədiyini deyib.
İyul ayının sonlarında isə "Haaretz" adlı orqan məlumat yayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu ağır xəstədir və İsrailin Hayfa şəhərində Əliyevlər ailəsinə məxsus 6 milyon dollarlıq villada İsrail həkimlərinin nəzarəti ilə müalicə olunur. Mətbuat orqanı həmçinin bildirib ki, Prezident ailəsi İsrail fond birjasında şəxsi aktivlərinə 600 milyon dollar vəsait yatırıb.
Bütün bu uydurmalar onu göstərir ki, Azərbaycan və İsrail də ABŞ kimi yalan məlumatların və kiber hücumun qurbanıdır. Bu, Azərbaycan-İsrail əlaqələrinə yalan məlumatlarla zərər vurmaq üçün ilk cəhdi deyil. Bu ilin əvvəlində Misir qəzeti "Guardian" adlı sayta istinadən məlumat yaymışdı ki, 50 ton heroin Azərbaycan üzərindən daşınıb. Həmin yalan məlumat özünü "Guardian" kimi göstərən sayta istinadən verilmişdi və daha sonra sayt silindi.
Təəssüf ki, yalan məlumatlar həqiqətən də zərər verir. İttiham edilən şəxslərin "günahları sübut edilənə qədər təqsirsiz" sayıldığı məhkəmə sisteminin əksinə, saxta xəbərlərin yaydığı iddiaları bəzən geri qaytarmaq tamamilə mümkünsüz olur, hətta məlumatı yayımlandığı ilk mənbədən silsək belə. Yalan məlumatı oxuyan şəxslər bunu yaddaşında saxlayır və təsirinə məruz qalırlar, xəbərlə bağlı sonrakı hesabat və açıqlamaları izləmirlər.
Təbii olaraq, kamil və etik jurnalistikaya sahib olmayan Ermənistan mediası yalan məlumatlardan yararlanır. Dünyada Azərbaycan ərazisi kimi tanınan və Ermənistan işğalında olan Dağlıq Qarabağ məsələsinə görə on illərdir rəsmi İrəvanla davam edən münaqişəyə nəzər salsaq, bu təəccüblü deyil.
Yalan məlumatların mənbəyi bilinməsə də, aydındır ki, Azərbaycan-İsrail münasibətlərinin pisləşməsində maraqlı bir tərəf var: Ermənistan. Belnəlxaq münasibətlər sahəsində təcrübəli və ya istənilən müşahidəçi şəxs məsələdə İrəvanın addımlarını izləyə bilər.
Azərbaycan və İsrail arasında inkişaf edən əlaqələr uydurma məlumatlar yox, doğru informasiyalar axtaran bizlər üçün gözəl başlanğıc nöqtəsidir.
Azərbaycan-İsrail əlaqələrinin Ermənistan-Azərbaycan münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. İsraillə olan yaxın əlaqələrimiz düşmənlərimizə antipatiyadan yox, qarşılıqlı heyranlıq və dərin strateji maraqlardan irəli gəlir. İsrail-Azərbaycan əlaqələrinin üçüncü tərəflə heç bir əlaqəsi yoxdur.
Biz 2012-ci ildə İsraillə dronlar, zenit texnologiyası və raketdən müdafiə sistemləri almaq üçün 1,6 milyard dollar dəyərində müqavilə imzalamışıq. İsrail istehsalçıları inkişaf etmiş və qabaqcıl məhsulları ilə tanınırlar. Aydındır ki, Azərbaycan bütün müttəfiq qüvvələr kimi tərəfdaşından özünü müdafiə məqsədilə yüksək keyfiyyətli müdafiə sistemləri alıb. Amma iddia olunur ki, Azərbaycan qeyri-qanuni olaraq İsrail texnikasından istifadə edərək Ermənistana hücum təşkil edir. Bu məlumatlar tamamilə uydurmadır və hücum xarakteri daşıyır.
Həqiqət odur ki, İsrail və Azərbaycan arasında silah müqaviləsi bağlanıb.
2016-cı ilin dekabrında İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycanı ziyarət etdi və müsəlmanların üstünlük təşkil etiyi ölkədə 35 min nəfərlik Yəhudi icmasına göstərilən isti münasibəti "dünyaya nümayiş etdirə biləcəyimiz bir şey" kimi qiymətləndirdi.
İsrail liderlərinin Azərbaycana ziyarətinə 2014-cü ildə müdafiə naziri Moşe Yaalon, 2012-ci ildə xarici işlər naziri Aviqdor Liberman, 2009-cu ildə prezident Şimon Perez və 1996-ci ildə Benyamin Netanyahunun ziyarəti daxildir.
2013-cü ildə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov yüksək vəzifəli nümayəndə heyəti ilə birlikdə İsrailə səfər etdi. Bu, müstəqillik dövründə yüksək vəzifəli Azərbaycan rəsmisinin İsrailə ilk səfəri idi.
Azərbaycan parlamentinin üzvü olaraq özüm ilk dəfə İsraillə 2016-cı ilin fevral ayında səfər etmişəm. Bir qrup parlament üzvü isə 2013-cü ildə bu ölkəyə səfər etmişdi. Bu rəsmilərin səfərləri İsraillə çoxtərəfli əməkdaşlığımız üçün olduqca vacibdir. Biz Yəhudi dövləti ilə nəinki müdafiə sahəsində, həmçinin iqtisadiyyat, enerji və mədəniyyət sahələrində də əməkdaşlıq edirik.
İsrail şirkətləri texnologiya sahəsindəki təcrübələrini Azərbaycan bazarında tətbiq edir. İsrailin Bezeq şirkəti Azərbaycanda əksər telefon xidmətlərini həyata keçirən telekommunikasiya şirkətidir. Bunanla yanaşı, İsrail neft ehtiyacının 40%-ni Azərbaycandan alır.
İki ölkə arasındakı əlaqələrin təməlində silahlar yox, Yəhudi icması dayanır. Azərbaycanın "Dağ Yəhudiləri" Qafqaz ərazisində 5-ci əsrdən bəri yaşayır. Antisemitizm Azərbaycanda heç vaxt problem olmayıb və olmayacaq.
İsrail və yəhudilərə, dünyada, xüsusilə İslam dünyasında olan mənfi münasibəti nəzərə alsaq, müsəlman Azərbaycanın Yəhudi icmasına münasibəti həqiqətən ilhamverici hekayədir. Bu kütləvi informasiya vasitələrinin yaxşı işləməsinə və uydurma məlumatları kölgədə qoymasına işarədir.