
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deputatı olduğu 22 saylı Nəsimi ikinci seçki dairəsinin seçicilərilə görüşüb.
Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, görüş zamanı millət vəkili seçicilərin problemləri ilə maraqlanıb, şikayətlərini dinləyib, onları maraqlandıran suallara cavab verib.
Millət vəkili bəzi məmurların deputat sorğularına laqeyd yanaşdığını, vətəndaşların problemlərinin həllinə səy göstərmədiyini ifadə edib.
Bununla belə, bildirib ki, o, həmişə olduğu kimi seçicilər tərəfindən təqdim olunan ərizə və şikayətlər əsasında müvafiq icra orqanlarına sorğular göndərəcək, problemlərin həllinə çalışacaq.
Qaynar.info


