
DİP-lə Uruqvayın Kolorado Partiyası əməkdaşlıq barədə qərar qəbul ediblər
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Uruqvaydan olan senator, Kolorado Partiyasının prezidentliyə namizədi Xose Amorin Battle ilə görüşüb. Bu barədə Qaynar.info-ya partiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüşdə Azərbaycan-Uruqvay əlaqələri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər hər iki partiyanın ideoloji yaxınlığını, dünyaya baxışlarının əksər məsələlərdə üst-üstə düşdüyünü nəzərə alaraq Kolorado ilə DİP arasında əməkdaşlıq barədə qərar qəbul ediblər. Yaxın müddətdə əməkdaşlıq barədə müvafiq sənədlərin hazırlanması və sazişin imzalanması planlaşdırılıb.
Xose Amorin həm senator, həm də Kolorado partiyasının prezidentliyə namizədi olaraq da Uruqvayda Azərbaycanın daha yaxşı tanınması, ölkəmizin haqlı mövqeyinin müdafiəsi ilə bağlı müvafiq işləri həyata keçirəcəyini bildirib.
Qaynar.info