Xəbər lenti

Asim Mollazadə Yasamalda seçicilərlə növbəti görüşünü keçirdi
Siyasət11:09 23.08.2024

Asim Mollazadə Yasamalda seçicilərlə növbəti görüşünü keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Demokratik İslahatlar Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində dünən seçicilərlə növbəti görüş keçirib.
Yasamal rayonu, "MAİN” yaşayış kompleksi ərazisindəki meydanda keçirilən görüşdə Asim Mollazadə seçki platformasında prioritet olan məsələləri açıqlayıb, seçiciləri maraqlandıran suallara cavab verib.  
Seçicilər Asim Mollazadəyə onların səsləndirdiyi problemlərə diqqətlə yanaşacağına ümid etdiklərini bildiriblər və hər zaman ölkə üçün həyati vacib məsələləri parlamentin gündəminə gətirdiyinə görə təşəkkür ediblər.