Xəbər lenti

Aşıq Altaydan həmkarına cavab: “Mübariz aşıq deyil...”
Sənət08:00 07.04.2022

Aşıq Altaydan həmkarına cavab: “Mübariz aşıq deyil...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sinəsində aşıq sənətinə xas olan söz yoxdursa, ona aşıq demək olmaz. Mübariz aşıq deyil, solo saz ifaçısıdır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Altay Aşıq Mübarizin aşıqları debata çağırmasına aydınlıq gətirərkən deyib.
Aşıq Altayın sözlərinə görə, hər kəsin sənətə baxışı var:
"Hər sənətkarın da sənətə müxtəlif bucaqlardan baxışı var. Bu da onun baxışıdır, nə etmək olar, azad dünya, azad cəmiyyətdir. Aşıq sənətində belə şeylər olub. Həmişə aşıq həmkarını meydana hərbə-zorba ilə çağırıb. Müasir və şou sözünün meydana çıxmadığı dövrdə də həmişə aşıqlar bir-birini meydana hədə-qorxu gələrək çağırıblar. Daha doğrusu, kimisə meydandan çəkindirmək üçün bu üsüldan istifadə ediblər. Mübariz bunu nə mənada, necə deyibsə, bu mənada heç nə deyə bilmərəm. Onun öz fikiridir”. 
Aşıq Altay hesab edir ki, hər kəs səhnədə özünü ifadə edir:
"Mübariz saz çalan, solo saz ifaçısıdır. Özünün xalları, gülləri var, amma aşıqlıq tam başqa sənətdir. Aşığın dilində dastan olur, bundan başqa, geniş yaradıcılığa malik olmalıdır, Qurbanidən müasir dövrümüzə kimi bu sənətdə nə varsa, hamısını bilir. Bunlar isə sadəcə saz ifaçılarıdır, sazı yaşadırlar. Saz aşıq sənətinin bir balaça hissəsidir. Saz çalana aşıq demək olmaz”.
Aşıq Altay deyir ki, Aşıqlar Birliyinin rəhbərliyi, idarə heyəti də saz ifaçılarına hörmətlə yanaşır:
"Onlar aşıq sənətində bu sazı yaşadırlar, sazda gözəl xallar əmələ gətirib, əlavələr ediblər. Solo saz ifaçılığı müasir dövrdə inkişaf edib, onların nümayəndələri var, biri də Mübarizdir. Onların da bacardığı budur. Amma aşıqlıq başqa sənətdir”.
Qeyd edək ki, Aşıq Mübariz televiziya çıxışlarının birində aşıqları debata çağırıb. Aşıq "İllər öncə demişəm və bu gün də deyirəm ki, bu sənətdə oğul istəyirəm ki, qarşıma çıxsın”, - deyə bildirib.
Bahar Rüstəmli