Xəbər lenti

Aşıq Azərdən üzücü xəbər
Sənət10:32 29.03.2017

Aşıq Azərdən üzücü xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Aşıq Azər Xanlaroğlu əməliyyat olunacaq. Bu barədə aznews.az-a aşığın yaxınları məlumat verib. 
Onların sözlərinə görə, əməliyyat Türkiyənin İstanbul şəhərinin özəl xəstəxanalarının birində baş tutacaq:
"Əməliyyat sol ayağında aparılacaq. Bu, damarların varikoz genişlənməsidir, el arasında "fil" xəstəliyi deyirlər. Azər xəstəliyin ən ağır formasını yaşayır. Həkimlər əməliyyatdan sonra onun Türkiyədə iki ay nəzarət altında qalacağını deyib. Əməliyyatın ilkin xərci 15.000 dollardır. Yəqin ki, əməliyyatdan sonra daha çox maliyyə vəsaiti tələb olunacaq".
Qeyd edək ki, Azər Xanlaroğlu uzun zamandır "Hepatit C" virusundan və damar genişlənməsindən əziyyət çəkir.
Qaynar.Az