"Aşıq Əhlimanın səhhəti birdən-birə ağırlaşdı. Həkimlər dedi ki, yeganə yol açıq və təcili ürək əməliyyatının aparılmasıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında açıq əməliyyat keçirən Aşıq Əhliman Rəhimovun həyat yoldaşı onun səhhətindən danışarkən deyib. Həyat yoldaşı deyir ki, həkimlər əməliyyatın uğurlu keçdiyini vurğulayıb:
"Xəstəxanadan çıxıb, əsas odur ki, ağır əməliyyatdan salamat evinə gələ bilib. Bundan böyük xöşbəxtlik yoxdur. Hiss olunur ki, yavaş-yavaş özünə gəlir. Əhliman heç vaxt ürəyindən şikayətlənməyib, hər şey qəfildən baş verib".
Həyat yoldaşı deyir ki, Əhlimanın ən böyük arzusu sağlamlığına qovuşub, tezliklə səhnəyə dönməsidir:
"Əhliman sənətini çox sevir, səhnəsiz bir gün də qala bilməz. Onu yaşadan səhnədir”.
Bahar Rüstəmli