Xəbər lenti

Aşıq Əli Tapdıqolu qadınlarla bağlı sərt fikirlərinə aydınlıq gətirdi
Maqazin10:41 27.10.2023

Aşıq Əli Tapdıqolu qadınlarla bağlı sərt fikirlərinə aydınlıq gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bəzən nəsə bir şey demək istəyirsən, amma nəticəsi pis olur. Həmin fikirlərə görə, mənə qarşı ictimai qınaq başlayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Əli Tapdıqolu "Evdə son sözü qadın, yoxsa kişi deməlidir" sualına cavab verərkən işlətdiyi sözlərə aydınlıq gətirərkən deyib. 
Aşıq ona qarşı olan basqının bir neçə günə unudulacağını qeyd edib:
"Yəqin ki, bu da unudular. Hərənin öz fikiri var. Yaxşı qadınlar bizim anamızdır. Mən onu hamıya şamil etməmişdim. Bizim analarımız var ki, Vətən müharibəsində öz övladını qurban verib. Gör onlar necə bir övlad yetişdirib. Həmin analar balalarını torpaq üçün fəda etdilər. Biz onların qarşısında baş əyirik, əllərindən öpürük, Allah onları qorusun, bütün şəhidlərimizə Allah rəhmət eləsin".
Aşıq qadınların ünvanına işlətdiyi ifadənin bir az sərt olduğunu özü də etiraf edib: 
"Bir az özümü tuta bilmədim, başqa bir ifadə işlətdim. Bu ifadə mənim özüm üçün də yaxşı çıxmadı. Sonra efirdə baxanda gördüm ki, yaxşı alınmayıb. Bu fikri müəyyən təbəqəyə ünvanlamışdım".
Qeyd edək ki, aşıq Əli Tapdıqoğlu "Rəngarəng səhər" verilişində "Evdə son sözü qadın, yoxsa kişi deməlidir" sualına cavab verərkən xanımları təhqir edib: "Qadın evdə uşağı tərbiyə edib, yeməyini bişirə bilər. Bəli, hörmətini saxlamalısan. Həddi var, necə yəni, qadın söz desin? Qadının özünə məsləhət vermək lazımdır, qadın məsləhət verə bilməz". 
Bahar Rüstəmli