
Son zamanlar keçmiş həyat yoldaşı ilə tez-tez görünən, tədbirlərdə birlikdə fotolar paylaşan aşıq Samirə Əliyeva növbəti dəfə bu haqda açıqlama verib.
Belə ki, aldığımız məlumata görə konsertə hazırlaşan Samirənin bu işlərdə keçmiş həyat yoldaşı ilə məsləhətləşdiyi deyildi . İfaçı Qaynarinfo.az-a bu haqda açıqlama verdi:
“Rizvan övladımın atasıdır. Mənim ən yaxın dostumdur. Biz onla ayrılanda da çox səmimi və dostcasına ayrıldıq. İndi də ara-sıra övladıma görə bir araya gəlirik. Bəli bu yaxınlarda konsert verəcəm. Lakin heç kimdən heç bir dəstək istəməmişəm. Hərənin öz həyatı var. Konsertin bütün işləri ilə özüm məşğul olacam”.
Qaynarinfo.az