Xəbər lenti

“Asiya İnkişaf Bank”ından Azərbaycanla bağlı proqnoz
Ekonomiks08:47 15.03.2017

“Asiya İnkişaf Bank”ından Azərbaycanla bağlı proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Asiya İnkişaf Bankı” (ADB) bu il qlobal bazarda neft qiymətlərinin 56-57 dollar/barel civarında olacağını proqnozlaşdırır”.

"Qaynar" “Report”a istinadən xəbər verir ki, bunu ADB-nin Azərbaycan üzrə ölkə meneceri Nariman Mannapbekov deyib.

N.Mannapbekov Bankın ötən il Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün ayırdığı 500 mln. ABŞ dolları məbləğində olan kredit haqqında da danışıb: 

“Bu kredit 2016-cı il dövlət büdcəsinin icrasında kəsirin 0,5%-dək azaldılmasına kömək edib. Bu isə ötən ilin fevralında proqnozlaşdırılandan çox aşağıdır”.

ADB rəsmisi deyib ki, hökumət 2017-ci ildə büdcə kəsirini 1-2% civarında saxlaya bilər. 

O, həmçinin Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxarılmasına da münasibət bildirib və müzakirələrin davam etdirilməsinin tərəfdarı olduğunu deyib.

Qaynar.Az