Xəbər lenti

AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin etdi
Siyasət12:50 29.01.2015

AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşalı deputat Tadeuş İvinski Azərbaycan üzrə həmməruzəçi seçildi.
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan üzrə həmməruzəçinin seçilməsi üzrə seçki keçirilib. 
Polşanın 1994-cü ildən AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun siyasi komitəsinin sədr müavini, monitorinq komitəsinin üzvü və xarici əlaqələr üzrə alt komitənin sədri Tadeuş İvinskini Azərbaycan üzrə həmməruzəçi seçilib.
Yeni seçki AŞPA-nın maltalı deputat Cozef Debano Qrexin Azərbaycan üzrə həmməruzəçi səlahiyyətləri başa çatdığı üçün baş tutub. Azərbaycan üzrə ikinci məruzəçi ispaniyalı deputat Pedro Aqramuntdur. 
Xatırladaq ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkə üzərinə müxtəlif sahələrə aid, o cümlədən insan hüquq və azadlıqları ilə bağlıçoxsaylı öhdəliklər götürüb. Həmməruzəçilərin səlahiyyət müddəti beş ildir. //azadliq.info
Qaynar.info