Xəbər lenti

Astarada itkin düşmüş balıqçılardan birinin meyiti İranda tapıldı
Ölkə21:01 19.12.2025

Astarada itkin düşmüş balıqçılardan birinin meyiti İranda tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Astara rayonunda itkin düşmüş hesab edilən balıqçılardan birinin meyiti Xəzər dənizinin İran sektorunda aşkar edilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, tapılan meyitin bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənova aid olduğu ehtimal edilir.
Əldə olunan məlumata görə, meyitin Azərbaycana təhvil verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, itkin düşmüş balıqçılardan digərinin - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında tapılmışdı.