Xəbər lenti

Ata qızını qətlə yetirdi - Xırdalanda
Ölkə08:52 21.07.2016

Ata qızını qətlə yetirdi - Xırdalanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xırdalan şəhərində qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qaynarinfo.Az"a verilən məlumata görə, iyulun 20-də Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilən-deşilən xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.

Qaynarinfo.Az