Xəbər lenti

“Ata” sığorta müştərilərinə “atır” – ŞİKAYƏT
Ölkə10:18 09.08.2014

“Ata” sığorta müştərilərinə “atır” – ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ata” Sığorta şirkəti müştəri qarşısında götürdüyü öhdəliyi yerinə yetirmir. 

Bu barədə AzNews.az-a sığorta şirkətinin müştərisi olan Bakı şəhər sakini İlham Rəsulov məlumat verib.

İ.Rəsulov bildirib ki, avqustun 11-də sahibi olduğu 10 ZZ 443 dövlət nömrə nişanlı BMW markalı avtomobillə qəzaya düşüb. 

Qəzadan sonra bütün lazımi sənədlər sığorta şirkətinə təqdim edilsə də, hələlik ödəniş edilməyib: “Avtomobilimə 4500 manat məbləğində ziyan dəyib. Sığortanı ona görə edirlər ki, belə məqamlarda çətin vəziyyətə düşməyəsən. Amma şirkət hələ ki, mənə həmin məbləği ödəmir. Düz iki aydır mən o şirkətə ayaq döyürəm. Gündə bir bəhanə gətirirlər”. 

Məsələ ilə bağlı sözügedən şirkətlə də əlaqə saxlamağa çalışdıq, ancaq zənglərimizə cavab verən olmadı.

Qaynar.info