"Həm Qarabağ iqtisadi zonsında, həm də Laçın-Kəlbəcər istiqamətində Ermənistanın davamlı təxribatları Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində döyüş ruhunu, mənəvi psixoloji vəziyyətini də yüksək səviyyədə saxlamağa sövq edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, Şuşada atəşkəsin pozulması Ermənistan üçün sonun başlanğıcıdır:
"Ermənistan tərəfinin ötən gün Şüşaya atəş açması və itki verərək geri çəkilməsi Azərbaycan ictimaiyyəti arasında geniş müzakirə olunur. Bu, artıq neçənci dəfədir ki, Ermənistan tərəfi Azərbaycan ərazisindəki sülhməramlıların nəzarət zonasında bu cür təxribatlara yol verirlər. Ermənistan tərəfi atəşkəsi pozur və mövqelərimizi davamlı olaraq atəşə tuturlar. Bu məsələdə ilk növbədə sülhmərmlıların məsələyə ciddi yanaşması vacibdir. Çünki müvvəqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilmiş sülhməramlılar bölgədə olan Ermənistan silahlı qüvvələrinin qalıqlarını oradan çıxarmalı, dayanıqlı sülhü bərpa etməlidir. Və bu xüsusda görürük ki, Ermənistan tərəfi müxtəlif postlar təsis edir, eyni zamanda həm minaatanların iştirakı ilə təlimlər keçir, Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlığı və hava hücumundan müdafiə sistemlərinin vəziyyətinin yoxlanılması üzərində işlər həyata keçirilir. Bütün bunlar bölgədə gərginliyinin artırılması ilə yanaşı, eskalasiya riskini də çoxaltmaqdadır. Buna görə də, Azərbaycan Müdafiə Nazirliyi bu istiqamətdə tədbirlərini davam etdirir. Nazirliyin keçirdiyi müşavirədə Ermənistanın təxribatının qarşısının alması istiqamətində bölmələrimizin döyüş hazırlığına gəyirilməsi mahiyyətini daşıyır.
Qeyd etmək lazımdır ki, həm Qarabağ iqtisadi zonsında, həm Laçın-Kəlbəcər istiqamətində Ermənistanın davamlı təxribatları Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində döyüş ruhunu, mənəvi-psixoloji vəziyyətini də yüksək səviyyədə saxlamağa sövq edir. Və belə görünür ki, Ermənistan tərəfi davamlı olaraq sülhü pozmaqla öz niyyətlərinə çatmağa meyl göstərir. Bütün bunlar da əbəsdir, çünki Azərbaycanın çox güclü və müasir standartlara cavab verən ordusu var. Süni intelekt əsasında təkmil formada peşəkar hərbçilərin döyüş meydanında öz məharətini göstərməklə bağlı 44 günlük Zəfər səlnanəmiz var. Düşmən tərəfi bütün bunları nəzərə almalıdır ki, böyük fəlakətlərlə üzləşməsin. Eyni zamanda regionda status-kvonu dəyişmək, geosiyasi vəziyyətə müəyyən karrektələr etmək üçün hərbi əməliyyatlar başlayarsa, bunun Ermənistanın dövlətçiliyi və erməni xalqı üçün sonun başlanğıcı olacağını indidən bildirmək olar”.
Xəyal