Xəbər lenti

ATƏT sədri atəşkəsi alqışlayıb
Siyasət18:10 17.11.2021

ATƏT sədri atəşkəsi alqışlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhədində atəşkəsi alqışlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Twitter”də yazıb.
"Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla danışdım. Rusiyanın vasitəçiliyindən sonra Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsini alqışlayıram və deeskalasiyaya çağırıram. İnsan itkisinə görə dərindən təəssüflənirəm", - ATƏT sədri bildirib.
O, Minsk Qrupu həmsədrləri və şəxsi nümayəndəsi vasitəsilə davam edən prosesə dəstəyini bir daha təkrarlayıb.
.