Xəbər lenti

ATƏT sədri sabah Azərbaycana gəlir
Siyasət09:27 14.03.2021

ATƏT sədri sabah Azərbaycana gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde Azərbaycana səfərə gələcək.
Qaynarinfo xəbər verir ki, A. Linde səfər çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək, Qarabağ məsələsi və ATƏT-in münaqişənin həlli prosesindəki rolu mövzusunda danışıqlar aparacaq.
Görüşlərdə ATƏT və Azərbaycan arasında əməkdaşlıqla bağlı da müzakirə aparılacaq. ATƏT sədri  vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
Qeyd edək ki, ATƏT sədrinin regiona səfəri çərçivəsində Ermənistana da səfər edəcəyi gözlənilir.