Xəbər lenti

ATƏT sədrindən 15 erməninin qaytarılmasına münasibət
Siyasət16:19 04.07.2021

ATƏT sədrindən 15 erməninin qaytarılmasına münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde Azərbaycan ilə Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb.
A.Linde Tvitter hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Saxlanılmış daha 15 erməninin Azərbaycan tərəfindən buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsini alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümidvaram ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi ilə daha çox etimadın yaradılması davamlı həllə yol aça bilər".