Xəbər lenti

ATƏT sədrinin Cənubi Qafqaza səfəri başladı
Siyasət19:31 29.03.2022

ATƏT sədrinin Cənubi Qafqaza səfəri başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Rau Zbignievin Cənubi Qafqaza səfəri başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşa XİN-in "Twitter" hesabında məlumat verilib. Bildirilib ki, Tbilisidə səfərdə olan XİN başçısı orada Polşanın mərhum prezidenti Lex Kaçinskinin abudəsini ziyarət edib.
"Xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan sədri kimi növbəti günlərdə Azərbaycana və Ermənistana səfər edəcək", - Polşa XİN bildirib.