Yay mövsümü ilə əlaqədar bir çox verilişlər yayımını dayandırıb. Axşam.az-ın məlumatına görə, mövsüm istirahətinə yollanan verilişlər sırasına ATV-də yayımlanan "Gündəlik" və "Gün üzü" də daxil olub.
Aparıcı Mətanət Əliverdiyeva verilişinin bağlanması ilə əlaqədar bunları deyib: "2 ay efirdə olmayacağıq. Sentyabrda yenidən tamaşaçıların qarşısına çıxacağıq. Görüm 2 ay ərzində kim məni axtaracaq, zəng edəcək. Əsl dostum kimdir biləcəm".
"Gün üzü" verilişinin aparıcısı İlqar Mikayıloğlu da tamaşaçılarla sağollaşıb: "Yay tətilimiz 2 ay davam edəcək. Sentyabrda nələr olacaq deyə bilmərəm. ATV-də "Gün üzü" başa çatdı".
Qaynar.info