
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranan atışma nəticəsində ölkəmizi müdafiə edərkən şəhid olan həmvətənlərimizin ölümünə “ATV” kanalından reaksiya gəldi.
Aktual.az-ın məlumatına görə, səhər saatlarında musiqili verilişlərlə efirə çıxan telekanalların arasında strategiyanı ilk dəyişdirən “ATV” kanalı olub.
“ATV” telekanalının “Mətanətlə Gündəlik” verilişinin layihə rəhbəri Namənd Rüstəmovun Aktual.az-a verdiyi məlumata görə, telekanal rəhbərliyinin qərarı ilə "Mətanətlə Gündəlik" və "Öz aramızda" proqramlarının çal-çağırlı sezon finalı təxirə salınıb.
Qaynar.info