Bir neçə gün öncə kapitanlıqdan məhrum edilən Pyer-Emerik Aubameyanq "Arsenal"dan ayrılmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, 32 yaşlı futbolçu "Arsenal"ın əsas komandasının məşqindən də qovulub. Baş məşqçi Mikel Artetanın planlarına daxil olmayan qabonlu futbolçu 2021-ci ilin sonuna qədər əsas komandanın məşqlərində iştirak etməyəcək.
Xəstə anasını görmək üçün Fransaya gedən, amma razılaşdırılmış vaxtdan gec qayıtdığına görə intizamsızlıq əsası ilə kapitanlıqdan məhrum edilən hücumçunun "Arsenal"dakı gələcəyi qaranlıq görünür.
Arteta əsas komandadan ayrı məşq edən futbolçunun növbəti turda baş tutacaq "Lids"lə matçda da oynatmayacağını təsdiqləyib. Bu da futbolçunun "Arsenal"dakı karyerasının sonuna yaxınlaşdığını göstərir.
"Topçular" həftədə 350 min funt-sterlinq maaş alan Aubameyanqı yanvarda satmağa hazırdırlar.
Səbuhi Həsənov