Xəbər lenti

Avakado niyə baha satılır? (AÇIQLAMA)
Ekonomiks09:57 04.03.2023

Avakado niyə baha satılır? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avokado Azərbaycana idxal olunan məhsulların siyahısındadır. Bu sahə oliqarx-məmurlardan birinin nəzarətindədir ”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov market şəbəkələrində avokadonun qiymətinin kəskin bahalaşmasının səbəblərindən danışarkən deyib. Ekspert inhisarçıların ölkədə yaranmış vəziyyətdən sui-istifadə etdiyini vurğulayıb:
"Bunlar bayramla əlaqəlidir. Yəni, bu sahədə biz artımın hələ bayram günlərinə qədər davam edəcəyini görəcəyik”. 
Qeyd edək ki, yanvar ayında bir ədədi 2 manata satılan avokado bu gün marketlərdə 6-9 manat, bir kilosu isə 25-28 manata satılır. 
Bahar Rüstəmli