Xəbər lenti

“Avrasiya İqtisadi İttifaqı perspektivsiz qurumdur” - Politoloq rəyi
Siyasət12:49 02.06.2014

“Avrasiya İqtisadi İttifaqı perspektivsiz qurumdur” - Politoloq rəyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Avrasiya İqtisadi İttifaqı heç bir perspektiv vəd etməyən formal bir qurumdur”.

Bu fikirləri politoloq Rüstəm Məmmədov AzNews.az-a açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyanın ölkəsinin iyunun 15-nə kimi Avrasiya İqtisadi İttifaqına üzv olacağıyla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun fikrincə yaxın vaxtlarda Azərbaycanın bu quruma üzv olma ehtimalı sıfıra bərabərdir: “İkicisi də Qarabağ münaqişəsi həll olunmayana qədər bizim həmin təşkilatda təmsil olunma ehtimalımız sıfıra bərabərdir. Bunun qeyri-adi bir qurum olduğunu deyə bilmərəm. Avrasiya İqtisadi İttifaqı sadəcə formallığa söykənir”.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı mayın 29-da Qazaxıstanda Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə təsis edilib.

Qaynar.info