Xəbər lenti

"AVRO-2018": Azərbaycan İspaniyaya uduzdu, Portuqaliya ilə oynayacaq
İdman06:32 05.02.2018

"AVRO-2018": Azərbaycan İspaniyaya uduzdu, Portuqaliya ilə oynayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futzal üzrə Azərbaycan milli komandası Sloveniyadakı Avropa çempionatında qrup mərhələsinin son oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, rəqib 7 qat Avropa və 2 qat dünya çempionu İspaniya olub. Lyublyana şəhərindəki "Stojitse" Arenasında təşkil olunmuş qarşılaşma pireneylilərin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 14-cü dəqiqədə Pola vurub.
Bununla da İspaniya millisi D qrupunu 4 xalla 1-ci pillədə başa vurub. Azərbaycan yığması isə 3 xalla 2-ci olub. Hər iki komanda 1/4 finala yüksəlib. Fransa isə 1 xalla qrupda qalıb.
Növbəti mərhələdə İspaniyanın rəqibi Ukrayna olacaq. Azərbaycan isə Portuqaliya ilə üz-üzə gələcək. Daha 2 1/4 final görüşləri isə Serbiya və Qazaxıstan, həmçinin, Sloveniya və Rusiya arasında olacaq.
Oyunlar 5-6 fevralda keçiriləcək.