Xəbər lenti

AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu (FOTO/VİDEO)
İdman18:10 16.06.2021

AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununu bitib. 
Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb.
Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 42-ci dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb.
BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur.
Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq.
<iframe allowfullscreen="" frameborder="0" height="315" src="https://player.baku.tv/embed/39822" width="560" style="max-width: 100%;">