Xəbər lenti

Avrokubokda koronavirus səbəbindən daha bir oyun təxirə salınıb
İdman19:40 20.08.2020

Avrokubokda koronavirus səbəbindən daha bir oyun təxirə salınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avrokubokların yeni mövsümündə daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bu gün keçirilməli olan "Tre Penne” (San-Marino) - "Qjilani” (Kosovo) görüşü baş tutmayacaq.
Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması UEFA-nı bu qərara vadar edib. Hazırda San-Marinoda olan komanda otellərin birində karantinə alınıb. Adı açıqlanmayan futbolçunun virusa yoluxduğu isə San-Marinoda müəyyənləşib.
Beləliklə, Kosovonun avrokuboklardakı 3-cü komandasında da koronavirus aşkarlandığından, oyun keçirilməyib. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin "Linfild” (Şimali İrlandiya) – "Drita” (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib. Avropa Liqasının ilk mərhələsinin "Linkoln” (Cəbəllütariq) – "Priştina” (Kosovo) görüşü isə avqustun 22-nə keçirilib və Kosovo təmsilçisinin yalnız B komandasının meydana çıxmasına icazə verilib.