Xəbər lenti

Avroliqada 29 oyun
İdman16:10 21.08.2014

Avroliqada 29 oyun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Liqasının play-off mərhələsinin ilk oyunları başa çatacaq. 

Ans press-in məlumatına görə, bu gecə qitə arenalarında 29 oyun baş tutacaq. Daha iki qarşılaşma isə dünən keçirilib.

Azərbaycan çempionu "Qarabağ" Hollandiyanın "Tvente" klubunu qəbul edəcək, Azərbaycan Kubokunun qalibi "Neftçi" Serbiya "Partizan"ının qonağı olacaq.

Bu gecə Türkiyənin də iki təmsilçisi meydana çıxacaq. "Karabükspor" "Sent-Etyen"i, "Trabzonspor" "Rostov"u qəbul edəcək.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində 48 komanda iştirak edəcək. Onlardan 7-si (Sevilya, Everton, Volfsburq, Fiorentina, Estoril, Genqam, Dinamo Kiyev) birbaşa qrupa vəsiqə qazanıb. 10 komanda Çempionlar Liqasının play-off mərhələsində uduzanlar olacaq. Qalan 31 komanda isə Avropa Liqasının play-off mərhələsindən qrupa vəsiqə qazanacaq.

Qaynar.info