
Sabah - oktyabrın 25-də Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber 3 günlük səfərlə Azərbaycana gələcək. Məlumatlara görə, səfər zamanı əsas müzakirə mövzusu AB-Azərbaycan əlaqələri və Dağlıq Qarabağ problemi olacaq.
Son vaxtlar Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı canfəşanlığı nə vəd edir? Siyasi şərhçi Sahib Alıyev Qaynarinfo.Az-a bu barədə danışıb:
"Əgər söhbət böyük oyunçulardan gedirsə, Dağlıq Qarabağ münaqişəsinin həllinin ən çox sərf etdiyi oyunçu Avropa Birliyidir. Çünki birincisi region onun qonşuluğundadır, ikinicisi ən əsası isə enerji təhlükəsisliyinin təminində Xəzərin karbohidrogen ehtiyyatları böyük rol oynayır. Yəni Amerika, Rusiya və Avropa Birliyini götürməli olsaq, münaqişənn həllinin ən çox sərf etdiyi məhz sonuncudur. Ancaq münaqişənin həllinə ən az təsir imkanı olan da təəssüf ki, sonuncudur. Və orasını da deməliyik ki, Avropa Birliyi əslində postsovet məkanındakı münaqişələrin həllində ən passiv yanaşma sərgilədiyi Dağlıq Qarabağ münaqişəsidir. Əgər Dnestryanı, Ukrayna, Gürcüstandakı münaqişə ocaqlarının aradan qaldırlmasıyla bağlı Birliyin cəhdləri bir nəticə verməyibsə, bu da öz növbəsində onun münaqişə çözmə potensialının elə də yüksək olmadığından xəbər verir".
S.Alıyev deyib ki, bununla belə təcrübə də göstərir ki, AB və Amerika birgə fəaliyyət göstərəndə nəyəsə nail ola bilirlər:
"Təəssüf ki, Birləşmiş Ştatlar münaqişənin həllində ya elə də maraqlı görünmür, ya da gərəkən dəstəyi vermir ki, bunlar hər ikisi də belə baxanda eyni şeydir".
Şərhçi deyib ki, postsovet məkanındakı münaqişələrin həlli yollarından biri də Moskva və Brüsselin birgə əməkdaşlığından keçə bilərdi:"Dnestryanı münaqişəyə yanaşmada belə br cəhdlər də oldu. Ancaq sonradan ABŞ-ın işə qarışması, Transatlantik Əməkdaşlıq planını ortaya atmasıyla bu cəhdlr də tarixin arxivinə göndərildi. O üzdən də Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli yönündəki cəhdləri təəssüf ki, həmsədr dövlətlərin cəhdləri qədər effektli ola bilməz. Ancaq Avropa Birliyi məsələyə yanaşmada həmsədr dövlətlərdən daha obyektivdir ki, bu da həm Avropa Şurası, həm də Avropa Parlameninin qətnamələrində, Birliyin lokomotivi rolu oynayan Almaniya Bundestaqöının sənədlərində öz əksini tapıb.
Bütün bu sənədlərdə işğalçı öz adıyla çağırılır. Minsk qrupunə həmsədrlik edənlər isə bunu etmirlər. Ona görə də onların vasitəçikik missiyası heç bir azərbaycanlını təmin etmir, edə də bilməz".
Qızılgül
Qaynarinfo.Az