Xəbər lenti

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazandı
İdman18:52 16.02.2024

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan güləşçisi Elis Manolova (65 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə rəqibini üstələyib.
Avropa çempionu həlledici görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri məğlubiyyətə uğradıb. Ondan fərqli olaraq, Birgül Soltanova (62 kq) bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb.
Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.
Qeyd edək ki, yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.