Xəbər lenti

Avropa Hərəkatı yenidən formalaşdı - FOTOLAR
Siyasət13:00 19.02.2015

Avropa Hərəkatı yenidən formalaşdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İdarə Heyətinə kimlər düşdü?

18 fevral 2015-ci il tarixində Azərbaycan Avropa Hərəkatının III Konqresi keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hərəkatın növbəti seçkiləri baş tutub. Saat 15:00-da öz işinə başlayan Konqresdə hərəkatın prezidenti, İdarə Heyəti üzvələri, vitse-prezidentlər və Nəzarət Təftiş Komissiyası üzvləri seçilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə hərəkatın bundan sonrakı fəaliyyət istiqamətləri, Nizamnaməsinə dəyişikliklərlə bağlı qərarlar da verilib.

Saat 17:00-dək davam edəcək Konqresdə beynəlxalq qurumların, səfirliklərin, ictimai və siyasi təşkilatların nümayəndələri, o cümlədən dövlət təmsilçiləri, ictimai xadimlər, KİV, hərəkat üzvləri iştirak edib.

Beləliklə, Ramin Hacılı prezident, Leyla Məmmədli, Mərdan Əfəndiyev, Sevinc Hacızadə vitse-prezident, Xalisə Şahverdi, Orxan Quliyev (Odər), Tural Abbasov, Tamilla Məmmədova (Qulami), Tural Tağıyev, Qüdsiyyə Məmmədova, Günel Səfərova, Vüqar Əhmədov, Nərgiz Eyvazova, Leyla İsrafilov, Orxan Məmmədli, Toğrul Tağızadə, Məcid Musayev, Əfsanə Ələsgərli, İdərə Heyətinin üzvü, Babək Əliyev, Səbinə Tahirova, Cavid Əliyev Nəzarət Təftiş Komissiyası üzvü seçilib. 

Qeyd edək ki, 2012-ci ilin 17 fevral tarixində ilk Konqresini keçirən hərəkatın 41 nəfərdən ibarət təşəbbüs qrupu, 3 il müddətinə qurumun rəhbər orqanlarını seçmişdi. Azərbaycan Avropa Hərəkatı (AAH) 2012-ci ilin sentyabr ayında Beynəlxalq Avropa Hərəkatına (BAH) tamhüquqlu üzv kimi qəbul edilib. Həmin ilin iyun ayında isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Azərbaycanın 14 regionunda öz klublarını yaradıb. Müntəzəm olaraq Azərbaycanda Avropa dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərən hərəkatın başlıca məqsədi Avrointeqrasiya prosesinə dəstək verməkdir. Bu istiqamətdə yerli və beynəlxalq fondlarla sıx əməkdaşlıq edən hərəkatın rəhbərliyi üç ildən bir yenidən seçilir.

Qaynar.info