Xəbər lenti

Avropa İttifaqında
Dünya 15:48 03.12.2024

Avropa İttifaqında "Starlink"ə rəqib yaratmağa hazırlaşırlar

Avropa İttifaqının aerokosmik istehsalçıları amerikalı sahibkar İlon Maska məxsus Starlink peyk şəbəkəsinə rəqib olmaq üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb

Agentliyin məlumatına görə, Avropa şirkətləri "Airbus”, "Thales” və "Leonardo” "Bromo" kod adı ilə yeni birgə kosmik şirkət yaratma planlarını müzakirə edirlər. Hazırda danışıqlar erkən mərhələdədir.  

Avropa peyk sektoru Starlink şəbəkəsinin sürətlə böyüməsi fonunda böyük itkilərlə üzləşir.  

ABŞ-da Starlink-in genişlənməsi  

Noyabr ayının sonunda ABŞ Federal Rabitə Komissiyası (FCC), SpaceX şirkətinə Starlink peyk internetini T-Mobile operatoru ilə əməkdaşlıq çərçivəsində smartfonlar üçün istifadə etməyə icazə verib.  

SpaceX və T-Mobile 2022-ci ilin yayında smartfonlar üçün peyk interneti layihəsini elan etmiş, 2023-cü ildə istifadəyə başlamağı planlaşdırdıqlarını bəyan etmişdilər. 2023-cü ilin oktyabrında texnologiya təbii fəlakətlərdən sonra fövqəladə mesajların ötürülməsi üçün müvəqqəti olaraq istifadəyə icazə almışdı. İndi isə FCC bu xidmətdən tam istifadəyə icazə verib.  

Xatırladaq ki, "Starlink” — dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş peyk şəbəkəsidir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->