
Avropa Komissiyasının sədri Xose Manuel Barrozo Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Hörmətli cənab prezident! Yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Avropa Komissiyasının adından və öz adımdan təbrik etmək istəyirəm. Ümidvaram ki, prezidentliyinizin yeni müddəti də ölkəniz və xalqınız üçün davamlı şəkildə uğurlu olacaq. Sizə bu işdə uğurlar arzulayıram. Sizi bir daha əmin etmək istərdim ki, demokratiya və qanunun aliliyi daxil olmaqla, beynəlxalq səviyyədə qəbul edilmiş prinsip və dəyərlərə hörmət əsasında Avropa Komissiyası Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi və enerji sahələrində olan əlaqələrini daha da dərinləşdirməyə böyük önəm verir. İcazə verin, ali dövləti vəzifənizdə Sizə müvəffəqiyyətlər arzu edim. Ümidvaram ki, həm şəxsi, həm də ikitərəfli, çoxtərəfli və “Şərq tərəfdaşlığı” çərçivəsində əlaqələrimiz davamlı şəkildə inkişaf edəcək”.
Qaynar.info