UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq "Qarabağ" (Bolqarıstan) - "Ludoqorets” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.
Məğlub komanda "Petrokub" (Moldova) - TNS (Uels) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.
Şərhlər