Xəbər lenti

Avropa Minifutbol Federasiyası Azərbaycan millisi ilə bağlı paylaşımlar etdi
İdman09:00 05.06.2026

Avropa Minifutbol Federasiyası Azərbaycan millisi ilə bağlı paylaşımlar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Minifutbol Federasiyasının feysbuk sosial şəbəkəsi hesabında Slovakiyada keçirilən qitə çempionatının qalibi olmuş Azərbaycan millisi ilə bağlı paylaşımlar edilib.
Qaynarinfo xəbər verir ki, paylaşımda Azərbaycan millisinin üzvləri 2026-cı ilin Avropa çempionları adlandırılıb.
Federasiyanın sosial şəbəkə hesabında həmçinin Azərbaycan millisi üzvlərinin qələbə sevincini əks etdirən video da paylaşılıb.
Qeyd edək ki, Elşad Quliyevin baş məşqçisi olduğu minifutbol üzrə Azərbaycan millisi "Tipos Arena"da keçirilən final matçında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.